Qərbə asılı neft strategiyası nəticəsində Azərbaycan Respublikasının idxaldan asılılığı sürətlə artır.
2013-cü ilin birinci yarısına dair xarici ticarətin gömrük statistikasından məlum olub : “Ölkənin idxaldan asılılığı sürətlə artır. Bu ilin 6 ayında idxal mallarının dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 16.01% artıb”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov “Media forum” saytına deyib ki,
idxalda artımın göstəriciləri belədir:
buğda unu – 1583.46%,
buğda – 28.96%,
kəsim üçün diri heyvanlar – 14.11%,
şəkər – 4.03%,
balıqlar və xərçəngkimilər – 57.10%
Digər tərəfdən xarici maşınları idxalı Azərbaycan Respublikasında inkişaf göstəricisi kimi təqdim olunur.