AzərbaycanXƏBƏRLƏR

Azərbaycan tarixinin tənzimlənməsi üçün İranın potensialı

Daxili və xarici jurnalistlərlə mətbuat brifinqi keçirən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İranda Azərbaycan Respublikası tarixinin tənzimlənməsi üçün yüksək potensial mövcuddur.

Mətbuat brifinqində Səhər telekanalının müxbiri Ərdəbilin İslam Şurası Məclisindəki millət vəkili Mənsur Həqiqətpurla Azərbaycan Respublikası parlamentinin deputatı Siyavuş Novruzov arasında iki ölkənin mədəni-tarixi kökünün araşdırılması ilə bağlı açıq məktubları qarşısında İranın Xarici İşlər Nazirliyinin mövqeyi barəsində Ramin Mehmanpərəstə sual verib.

Mehmanpərəst sualı belə cavablandırıb: Parlament nümayəndələri xalqların nümayəndələridirlər və parlament əməkdaşlığı çərçivəsində öz həmkarları ilə öz fikirləri barəsində açıqlama verə bilərlər. Bu təbii bir məsələdir və ölkələr arasında əməkdaşlıq və dostluq üçün parlament potensiallarından mütləq faydalanmaq lazımdır. Məlumatı Səhər telekanalı saytı verib.

“Əlbəttə parlament əməkdaşlığı və yaxud parlament nümayəndələrinin açıqlamaları qarşısında siyasi mövqenin mütləq elan olunmasına səbəb yoxdur. Bu məsələ tam təbii bir məsələdir” –deyə Mehmanpərəst bildirib.

İran XİN sözçüsü əlavə edib: İranın zəngin sivilizasiya, mədəniyyət və tarixə malik olduğunu nəzərə alaraq, bütün müstəqillik əldə etmiş ölkələrin kənarında onların tarixinin tənzimlənməsi və mentalitetinə kömək üçün İranda yüksək potensial mövcuddur. İslam Respublikası həmişə bu potensialı onlara təqdim edib, əməkdaşlığa hazır olub və bu əməkdaşlıqlar gələcəkdə də davam edəcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu