Azərbaycan və Prezident Seçkiləri Sınağı
Dünya şöhrətli kinematoqraf Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının prezident seçkiləri üçün vahid namizədi kimi təqdim edilməsi ilə Azərbaycanda keçiriləcək prezident seçkiləri yeni mərhələyə daxil olub və artıq seçkilər ciddi və real hesab olunur.
Əlbəttə, Azərbaycanda prezident seçkilərinin real və ciddi olması ilə bağlı düşüncə Rüstəm İbrahimbəyovun namizədliyinin davam edib-etməyəcəyindən asılıdır.
Bunan öncə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov hakimiyyətin əsas sözçülərindən biri kimi İbrahimbəyovun namizədliyini qanun və hüquq baxımından qeyri-mümkün adlandırıb və onun ikili vətəndaşlığa malik olduğunu deyib.
Halbuki, Azərbaycan qanunlarına əsasən ikili vətəndaşlığa malik şəxs prezident digər vətəndaşlığına son qoymadığı zamana kimi prezident seçkilərində iştirak edə bilməz.
Beləliklə Rüstəm İbrahimbəyov və Milli Şura belə bir maneənin olacağı təqdirdə bu maneənin öhdəsindən asanlıqla gələ bilərlər. Amma, Rüstəm İbrahimbəyovun seçkilərdəki iştirakı qarşısında mane daha ciddi olarsa, seçkilərin reallığı və ciddiliyi ilə bağlı düşüncələr öz əhəmiyyətini itirəcək və ötən seçkilərdə olduğu kimi, bu dəfə də seçkilər formal xarakter alacaq. Əlbəttə, müxtəlif səbəblərdən İbrahimbəyovun namizədliyinin rədd edilməsi Bakı üçün çətin olacaq. Zira, İbrahimbəyov dünya şöhrətli şəxsiyyət olmaqla yanaşı Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən də tərif və təqdirə layiq görülmüş bir şəxsdir və Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş bir insan kimi təqdim olunub.
Bundan başqa, Rüstəm İbrahimbəyov ötən aylar ərzində geniş formada Azərbaycan mediası və siyasi dairələrinin gündəmində olub, ölkə daxilində və xaricdə diqqət mərkəzində saxlanılıb. Elə bu məqsədlə Rüstəm İbrahimbəyov ötən aylar ərzində Rusiya ilə yanaşı, Avropa və Amerikada səfərlərdə olub. Bu səfərlər həmin ölkələrin razılığını əldə etmək baxımından əhəmiyyətli olub.
Bəlkə də elə bu kimi hərəkətlərə görədir ki, İlham Əliyev son günlər həm Rusiya həm də Avropaya böyük imtiyazlar verməklə onların razılığını cəlb etməyə çalışıb. Bir tərəfdən Rusiya ilə 1.5 milyard dollarlıq silah müqaviləsi imzalayıb, digər tərəfdən isə Bakı Qərbin seçdiyi marşrutla Avropaya qaz ixrac etməyə hazır olduğunu bildirib. Bu isə Avropa Birliyi tərəfindən mühüm addım kimi dəyərləndirilib.
Siyasi müşahidəçilər şübhə etmirlər ki, Bakı Amerika, Türkiyə və bir sıra digər təsirli ölkələrə də İlham Əliyevin siyasi hakimiyyətinin davam etməsi üçün əlavə imtiyazlar verib.
Bütün bunlardan aydın olur ki, Azərbaycan Respublikasında növbəti prezident seçkiləri ötən illərlə müqayisədə daha ciddi bir atmosferə malik olacaq. Bu şərtlə ki, həqiqi və azad seçkilərin keçirilməsi üçün lazım olan mexanizm hazırlansın. Misal üçün, hazırkı şəraitdə Azərbaycan İslam Partiyasının bu partiyanın həbsdə olan sədri Möhsün Səmədovun namizədliyini irəli sürməsi və bu istiqamətdə imza toplanması təşəbbüsü çərçivəsində çoxlu sayda imza toplan. Bu isə seçki atmosferini bir qədər də ciddiləşdirib. Əslində, AİP-in bu hərəkəti Azərbaycanda keçiriləcək seçkilərin nə qədər azad və demokratik olduğunu sınamaq üçün bir imtahan sayılır.