Azərbaycana başı aşağılıq gətirən məhkəmələrin davamı

“Azərbaycanda yeni vicdan məhbusu siyahısı yaratmaq dövlətə heç bir xeyir gətirməyəcək.”

Vəkil bildirib : “Əgər Dövlət itiihamçısının istədiyi həbs cəzalarını burada saxlanılanlara şamil etsəniz ölkədə 10 nəfər siyasi məhbus sayı artacaq. Bu Azərbaycan Respublikasının dövlətçilik prinsiplərinə başucalığı gətirməyəcək. Keçirilən məhkəmə iclaslarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi çıxış etdi. O öz sahəsinə aid olmayan linqivistiklik sahəsi barədə rəy verib. Bu qeyri-qanunidir. Qorxmazın payladığı disklərdə heç bir dini-ayrı seçkiliyə yönələn çağırış yoxdur. O disklərdə çıxışlar var. O çıxışları edənlər ölkənin tanınmış, ziyalı insanlarıdır. Amma onlardan heç biri bu iş üçün istintaqa dəvət olunmayıb. Dəvət olunsalar belə onların çıxışlarında heç bir problem yoxdur. Çünki onlar öz konstisyon hüquqlarından istifadə ediblər. Onlar öz sözlərini ifadə ediblər. Hakimiyyəti tənqid etmək qanunsuz bir əməl deyil.”

↑
Mobil sürümden çık