Sionist İsrail rejimi 2013-cü ilin may ayında 370-dən çox Fələstin vətəndaşını həbs edib.
Fələstin İnformasiya Agentliyinin məlumatına görə, bazar günü Fələstin Əsirləri Araşdırmalar mərkəzi bildirib: Sionist rejim may ayında İordan çayının qərb sahillərindəki kəndlər, işğal olunmuş Qüds və Qəzzədə 280-dən çox həbs əməliyyatı keçirib və 370-dən çox fələstinlini həbs edib.
Bu fələstinlilərdən bir qrupu hələ də sionist rejim həbsxanasındadır və bir qrupu da bir neçə saat dindirildikdən sonra azad olunub.
Fələstin Əsirləri Araşdırmalar Mərkəzinin məlumatında qeyd olunur ki, həbs olunanlar arasında 85 uşaq, 9 qadın və 30-dan çox azad olunmuş fələstinli, milli rəhbərlər, jurnalist və siyasi fəal vardır.
Hazırda təxminən 5 min fələstinli ən ağır şəraitdə sionist rejim həbsxanalarında məhbusdur.