İranXƏBƏRLƏR

İran sərhədlərində sabitliyi pozanlarla qanun çərçivəsində rəftar ediləcək

 İranın Təhlükəsizlik Naziri deyib : Ölkə sərhədlərində quldurluq edən və sabitliyi pozanlarla qanuni tərzdə rəftar ediləcək.

İranın təhlükəsizlik naziri ” Seyid Mahmud Ələvi ” Sistan və Bəluçistan ostanının kəşfiyyat idarəsi baş müdirinin xudahafizləşmə mərasimində etdiyi çıxışında təhlükəsizliyin bərqərar edilməsi uğrunda yerli imkan və potensiallardan istifadənin  edilməsinin vacibliyini vurğulayıb.

O vurğulayıb : Bu ostanın təhlükəsizliyi yerli adamların köməyi ilə bərqərar edilməlidir.

Nazir etdiyi çıxışının davamında xatırladıb : Sistan və Bəluçistan ostanında tayfa başçılarının, sabitlik və təhlükəsizliyin bərqərar edilməsində böyük rolu var və bu mövcud potensiallardan istifadə edilməlidir və İranın təhlükəsizlik nazirliyinin bu ostanla bağlı strategiyası vəhdətverici strategiyadır.

“Sistan və Bəluçistan vilayətində əhli-sünnə və şiə, bu nəticəni əldə ediblər ki, hər hansı bir təfriqə və qarşıdurmanın qarşısı alınmalıdır ” –deyə Ələvi sözlərinə əlavə edib .

O vurğulayıb :  Davamlı sabitliyin bərqərar edilməsi ilə bu ostan, İranın şərq darvazasına çevriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu