Azərbaycanda silsilə özünü yandırmanın ardı kəsilmər

Azərbaycan respublikasında məişət problemindən cana gələn daha bir nəfər özünü yandırdı.

“Azadlıq” qəzetinin məlumatına görə, hadisə fevralın 22-də Şamaxanın Muğanlı kəndində baş verib. Kənd sakini Süsən Hacıyeva üstünə benzin tökərək özünü yandırıb. O, aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.
Məlumatda o da qeyd olunur ki, 60-a yaxın yaşı olan Süsən Hacıyeva özünü Muğanlı kəndinin yaxınlığındakı meşədə yandırıb.
Azərbaycanda 2013 ilin sonlarından intihara cəhd edib, özünü yandıranların sayı çoxalmaqdadır.
Sosial problemlər üzündən intihara cəhd 3 il öncə Tunisdə ictimai partalayışlara səbəb oldu və onun inqilab dalğaları bütün ərəb ölkəklərini bürüyüb, diktatura rejimlərin devrilməsinə səbəb oldu.

↑
Exit mobile version