Müxtəlif gözllik müsabiqələri, şərab yarışlar, Avroviziya müsabiqələri, qey-parad və digər pozğunluq tədbirlırinin ardınca bu gün Bakı mediası Azərbaycan Respublikasında Dünya Viski Gününün qeyd edilməsindən xəbər verdilər.
Virtualaz saytı xəbər verir ki, iştirakçı ölkələr arasında Çin, Yeni Zelandiya, Azərbaycan Respublikası da var. Azərbaycan Respublikasında viski gününün harada və kimlər tərəfindən qeyd olunduğu barədə məlumat yoxdur.
Məlumata əsasən, ümumdünya Viski Günü ilk dəfə 2012-ci ildə Şotlandiyanın Aberdin İnstitutunda təşkil olunub. Aksiyanın təşkilatçısı Bleyer Bouman şotlandların ənənəvi içkisinin bu yolla dünyada tanıdılmasına nail olmaq istəyir.
“Bu il 40-dan çox ölkədə 200 minə yaxın adamın viski aksiyasına qoşulacağı gözlənilir” – deyə BBC-nin ingilis xidməti bildirib.