İngiltərənin xarici işlər naziri bu ölkə parlamentində ,Tehran və Altılıq qrupunun nüvə razılaşmasının müvafiqləri və əleyhdarlarının suallarını cavablandırıb.
William Hague,eyni halda Tehranla 5+1 qrupu arasında imzalanmış razılaşmanı himayə edib.
Hague, bazar ertəsi günü(25 noyabr) İngiltərə parlamentində bəyan edib: Tehranla imzalanan razılaşma tam vacib və məqbul bir sənəddir. Əgər beynəlxalq ictimaiyyət, belə bir önəmli mübahisəni rədd etsə idi onda mütləq böyük yanlışlığa yol vermiş olardı.
İngiltərənin xarici işlər naziri əlavə olaraq deyib: İmzalanmış razılaşmanın mətnində nəzərdə tutulmuş qanunların həyata keçirilməsində İranın hərtərəfli hazırlığı və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi ilə, gələn bir neçə ay ərzində yekun razılaşmanın əldə olunmasına ümidvar olmaq olar.
William Hague, əlavə olaraq deyib: Sionist rejim, İranla Altılıq qrupuna üzv ölkələrin müvəqqəti razılaşma sənədinin zəifləməsinə gətirib çıxaran hər bir addımdan imtina etməlidir.
Hague, sonda xatırladıb : İngiltərə hakimiyyəti və şərikləri Tehranla danışıqların aparılması üçün açılan pəncərəni tam mühafizə edəcək.