Azərbaycan R-da hökumətlə müxalif olan jurnalist 2 ay həbsə məhkum oldu
Azərbaycan Respublikası hökuməti ilə müxalif olan bir jurnalist bu respublikası paytaxtı Bakıda həbs edilərək, iki ay həbsə məhkum oldu.
Sentyabrın 18-də Səbail Rayon Məhkəməsi jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Pərviz Həşimli sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyi onu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq və qanunsuz olaraq silah saxlama cinayətlərində günahlandırır.
Pərviz Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, “Moderator.az” saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədridir.
Bizim Yol Qəzetinin jurnalisti və Azərbaycan R. Xalq Cəbhəsi ilə müxalif olan partiyanın üzvü çərşənbə axşamı günü gecə həbs edildi.
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli jurnalist Pərviz Həşimlinin həbsini söz azadlığına təzyiq kimi qiymətləndirib.
“Biz hər dəfə hakimiyyətə sərf etməyən jurnalistlərin narkotik maddə və silah saxlamaq və ya xuliqanlıq kimi uydurma ittihamlarla həbs edilməsinin şahidi oluruq. Məqsəd rejimi tənqid edənlərin neytrallaşdırılması və jurnalistlərin qorxudulmasıdır”, – C.Həsənli bildirib.