BMT-nin uşaqları himayə fondu beynəlxalq təşkilatları mərkəzi Afrika Respublikasında yaşanan böhrana son qoymağa çağırıb.
Sin Xova UNİCEF-in Uşaqları Himayə Fondunun Mərkəzi Afrikadakı nümayəndəsi Süleyman Diyabata istinadən qeyd edib: Bu ölkədə yaşayan uşaqların durumu çox mürəkkəbdir.
Beynəlxalq təşkilatları Mərkəzi Afrika R-da yaşanan böhrana son qoymağa çağıran Diyabata deyib: Bu ölkədə yaşayan uşaqlar sərt və kobud rəftarlara məruz edilirlər. Ona görə də tez bir zamanda bu məsələnin aradan qaldırılmasına kömək etmək lazımdır.
UNİCEF-in hesabatına görə 2013-cü ilin dekabr ayının ortalarından etibarən 194 uşaq baş verən qarşıdurmalar nəticəsində həlak olub və yaralanıb. 2013-cü ilin mart ayından Mərkəzi Afrikadakı əmin-amansızlıqlara prezident Fransva Buzirənin hakimiyyətdən kənarlaşdırılması ilə başlandı və o tarixdən yəni dekabr ayından etibarən firqələrarası baş verən qarşıdurmalar xüsusilə də müsəlmanlara qarşı güc tətbiq edilməsi ilə bu vəziyyət daha da gərginləşib.