Serbiya prezidenti Tomislav Nikoliç Bosniya televiziyası ilə çıxışı zamanı ilk dəfə olaraq Yuqoslaviyanın dağıdılması zamanı serblərin törətdikləri cinayətlərə, o cümlədən 8 mindən çox müsəlmanı qırğın etməyə görə üzr istəyib. Lakin, Nikoliç bunu soyqırım adlandırmayıb. Məlumatı BBC-yə istinadla deyerler.org saytı verib.
Bununla belə, Serbiya prezidenti bildirib ki, Bosniya qarşısında diz çöküb üzr istəməyə hazırdır. Onun bu üzrü bütün dünyada sensasiya kimi qarşılanıb.
Qeyd edək ki, son illər ərzində belə üzrlər bir sıra Serbiya rəsmiləri tərəfindən səsləndirilib. Lakin, Nikoliç ilk dəfə belə bir üzr istəyib.
Qeyd edək ki, Srebrenitsedə müsəlmanlara qarşı törədilmiş qətliam Haaqqa Beynəlxalq Tribunalı tərəfindən də soyqırımı kimi tanınıb.
