İran İslam Respublikasının Nüvə Enerjisi Təşkilatının sədri İranın nüvə hüquqlarının təsbit edilməsindən sonra İranın kosmonavtika sahəsində fəal iştirakından xəbər verib.
Firudin Abbasi bu gün İranın mərkəzində yerləşən Nətənz şəhərində Amerika və digər Qərb ölkələri xüsusiyyət təşkil etməklə istila quruluşunun tətbiq etdiyi bütün məhdudiyyətlər və sanksiyalara rəğmən İranın öz nüvə hüququna göz yummayacağını bildirib.
” İran öz nüvə hüququnun təsbit edilməsindən sonra kosmonavtika sahəsində fəal iştirak ardıncadır” –deyə Abbasi sözlərini davam etdirib.
İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin deyib: ” İslami İran heç vaxt kütləvi qırğın silahlarını istehsal etmək fikrində olmayıb, çünki nüvə silahlarına malik olmaq ölkələr üçün qüdrət gətirmir, amma İranın gələcək proqramı kosmonavtika və kosmosa peyklərin göndərilməsi sahələrində fəal formada iştirak etməkdir”.