Az.R, dini tolerantlıq üzrə dünyanın ilk beş ölkəsindən biri seçilib
Bakı mediaları Venividi saytına istinadla bildiriblər ki, Azərbaycan Respublikası dini tolerantlıq üzrə dünyanın ilk beş ölkəsi arasında yer alıb.
Bu məlumata görə, dini tolerantlıq üzrə dünyanın ilk beş ölkəsi İsveç, Kanada, Argentina, Avstraliya və Azərbaycan Respublikası seçilib.
Bu xəbərdə Venividi saytının və dini tolerantlıqla bağlı araşdırma aparan qurumların mahiyyətinə aydınlıq gətirilməyib. Lakin bildirilir ki, reytinqdə dözümlülük səviyyəsinə görə, Asiya və Avropa dövlətlərinin əksəriyyətini qabaqlayan Azərbaycan Respublikası dini tolerantlıq nümunəsi sayıla bilər.
Əhalisinin 95 faizini müsəlmanlar təşkil etdiyi ölkə digər din və millətlərin sülh və rahat yaşamasını təmin edə bilərək həm də Avropa Parlamentinin vitse-prezidentindən tərif qazanıb!
Seçimi edən qərblilər vurğulayıblar ki, Azərbaycanın Respublikasının tolerantlıq modeli müsəlman dünyası üçün örnək sayılır və bu gün Azərbaycanda çoxsaylı beynəlxalq konfrans və forumlar da fəal müzakirə olunur.
Məlumatda deyilir: “Azərbaycanın Respublikası rəhbərliyi belə hesab edir ki, insanlar hansı dinə mənsub olduğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət göstərməyə borcludurlar və hər bir ənənələrinə dözümlü olmalıdırlar.”
Azərbaycan Respublikası bu ölkədə ifrat və həddən artıq dini tolerantlığın təbliğ edilməsi baxımından özəl vəziyyətin şahididir.
Bu respublikada siyasi islam və müsəlman xüsusilə də şiə fəallar o cümlədən Cümə Dini İcması, Milli və Mənəvi Dəyərlər İctimai Birliyi və digər islamçı qruplar və mübariz ruhanilərin təqib və təzyiqə məruz qaldıqları halda yəhudi və xristian missionerlər tam sərbəst formada fəaliyyət göstərirlər və bir çox imtiyazlara malikdirlər.
“Dini tolerantlıq üzrə dünyanın ilk beş ölkəsi” sırasında yer alan bu ölkədə ötən illər ərzində bayağı Avroviziya musiqi müsabiqəsi və üzdəniraqların paradına etiraz etdikləri üçün 200-dən çox dindar həbs edilib ki, onların bir neçəsi uzun müddət üçün azadlıqdan məhrum edilib.