Az.R ilə İranın hərbi gəmilərinin qarşılıqlı səfərləri proqramlaşdırılır

Azərbaycan ilə İranın dəniz qüvvələrinin hərbi gəmilərinin Ənzəliyə və Bakıya qarşılıqlı səfərləri proqramlaşdırılır.

APA-nın məlumatına görə, cari ildə həyata keçiriləcək bu səfərlərin zamanı müəyyənləşdiriləcəkdir. Bu səfərlərdə məqsəd, iki ölkənin dəniz qüvvələri arasında əlaqələri möhkəmləndirməkdir. İran özünün iki hərbi gəmisini Bakı limanına göndərməyə hazır olduğunu bildiribdir.

Qeyd edək ki, iki min on üçüncü ildə Azərbaycan dəniz donanmasının gəmilərindən bir qrupu Rusiyanın Həştərxan limanına, Rusiyanın Xəzərdəki dəniz donanmasının gəmilərindən bir qrupu da Bakı limanına səfər edibdir.

↑
Mobil sürümden çık