BəhreynXƏBƏRLƏR

Bəhreyndə ictimai aksiyalar üçün çağırış olunub

Bəhreynin 14 Fevral Hərəkatı Tərəfdarlarının koalisiyası bu ölkə xalqını ictimai aksiyaya dəvət edib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Bəhreyn 14 Fevral Hərəkatı Tərəfdarlarının koalisiyası bu ölkənin bütün xalqını 14 avqust aksiyalarında uğurlu iştirakdan sonra sabah şənbə günü 17 avqustda əl-Diyə, Cədd Həfs və Sənabəs meydanlarında aksiya keçirməyə çağırıb.

Belə bir halda Bəhreyn vətəndaşları ötən gün də güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu ölkənin müxtəlif bölgələrində aksiyalar keçiriblər. Bəhreynin təhlükəsizlik qüvvələri isə öz növbəsində güllə və gözyaşardıcı qazlardan istifadə edərək etirazçılara hücum ediblər.

Bəhreyn 2011-ci il fevral ayından öz hüquqlarını əldə etmək, o cümlədən seçilmiş hökumətin iqtidara gəlməsi üçün dinc xalq etirazları və aksiyalarının şahididir və Ali-Xəlifə rejiminin qüvvələri Ərəbistan işğalçıları ilə əlbir olaraq bəhreynli etirazçıları repressiya edirlər.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu