Bəhreyn İnsan Haqları Gözətçisi Ali-Xəlifə rejiminə etiraz edib

Bəhreyn İnsan Haqları Gözətçisi cəmiyyətinin Dini Azadlıqlar bölməsi BMT-yə məktub ünvanlayaraq bu ölkənin dağıdılmış məscidlərinin yerində parkın salınması ilə bağlı Ali-Xəlifə rejiminin hərəkətini tənqid edib.

Bəhreyn İnsan Haqları Gözətçisi cəmiyyətinin Dini Azadlıqlar bölməsinin məsul şəxsi Meysəm Salman Ali-Xəlifə rejimi amilləri tərəfindən Bəhreyndə məscidlərin dağıdılmasının davam etməsinə toxunaraq bu ölkənin əl-Nəvidrat məntəqəsində Əbuzər Qəffari məscidinin qalıqları üzərində parkın salınmasının dayandırılmasını istəyib.

Bəhreynli fəal Əbuzər məscidinin parka çevrilməsini dini azadlıqlar, daxili və beynəlxalq qanunların açıq-aşkar şəkildə pozulması adlandıraraq əlavə edib: Beynəlxalq ictimaiyyət və hüquq təşkilatları Bəhreyn rejiminin xəsarət görmüş məscidlərini bərpa edəcəyini gözləyirdilər. Lakin bu rejim hələ də şiələrin ibadət məkanlarının dağıdılması siyasətlərini davam etdirir.

Əbuzərəffari məscidi Q2011-ci il 19 apreldə Ali-Xəlifə rejimi amilləri tərəfindən dağıdıldı və Bəhreynin müstəqil faktaraşdırıcı komitəsi də bu hərəkəti kollektiv cəzalandırma adlandırıb.

Mövcud statistikalara əsasən Bəhreyndə xalq qiyamı başlandıqdan yüzlərlə nəfərin həbs olunmasından əlavə 50-dən çox məscid Ali-Xəlifə rejimi qüvvələri tərəfindən dağıdılıb.

Bu elə bir haldadır ki, Bəhreynin siyasi qrupları şiələrə və sünnilərə aid 200 məscidə hücumun olunduğunu təsdiqləyiblər.

↑
Mobil sürümden çık