Bəhreyn rejimi, fəal mübarizlərin həbsi ilə bağlı mövqeyini dəyişməyib

Bəhreyn rejiminin təhlükəsizlik qüvvələri bu ölkənin fəal siyasi mübarizlərindən daha bir neçə nəfərini həbs ediblər.

Bu fəal siyasi mübarizlər sakit və dinc məqsədli aksiyaların təşkili üçün dövlətdən icazə sənədi tələb etdiklərinə görə həbs olunublar.
Bəhreynin Milli Vifaq cəmiyyətinin məsul şəxsləri Ali-Xəlifə rejiminin bu əməlini kəskin tərzdə pisləyib və elan edib: Ali-Xəlifə rejimi ölkə vətəndaşlarını həbs etmək üslubundan istifadə edərək aksiyaların təşkilinə son qoymağa çalışır.
Bundan öncə Bəhreyndə Ali-Xəlifə rejimi əsassız ittihamlarla bu ölkənin şiə-məzhəbli vətəndaşlarından 12 nəfərinə 15-il iş kəsmişdir.
Qeyd edək ki hazırda Bəhreyndə fəal siyasi mübarizlərdən yüzlərlə nəfəri Ali-Xəlifə rejiminin zindanlarında həbs durumunu keçirməkdədirlər.
2011-ci ildə region ölkələrində islami oyanış qiyamının formalaşması ilə eyni zamanda Bəhreyn vətəndaşları xəlqi aksiyalar təşkil etməklə bu ölkədə siyasi islahatların aparılmasının vacibliyini vurğulayıblar.
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Ərəbistanın xüsusi təyinatlı qüvvələrinin köməyi ilə bu ölkə vətəndaşlarından 82 nəfərini öldürüb və minlərlə nəfəri də yaralayıb.

↑
Mobil sürümden çık