Bəhreynin insan haqları cəmiyyəti ötən 3 ildə Bəhreyndə etiraz aksiyalarında iştiraka görə 500-ə yaxın uşaq və yeniyetmə həbs edilib.
Bəhreynin İnsan Haqları Cəmiyyətinin mətbuat xidmətinin rəisi Bağır Dərviş deyib: Hakim rejimə bağlı amillər 2011-ci ildən bəri 480 uşaq, yeniyetmə və gənci həbs ediblər.
Dərviş əlavə edib: Hazırda 81 uşaq, yeniyetmə və gənc Ali-Xəlifə rejiminin zindanlarındadır. Onların ən kiçiyinin 10, ən böyüyünün isə 18 yaşı var.
Bəhreyn İnsan Haqları Cəmiyyətinin mətbuat xidmətinin rəisi həmçinin, azyaşlı vətəndaşların öldürülməsi hallarının davam etməsinə işarə edərək, deyib: Ali-Xəlifə rejiminə bağlı muzdlular ötən 3 ildə 16 uşaq və yeniyetməni qətlə yetiriblər.
Dərviş YUNİSEF-dən Bəhreyndə uşaqların vəziyyətinə daha ciddi münasibət bəsləməsini istəyərək, deyib: YUNİSEF Ali Xəlifə rejiminin uşaqların hüquqlarını pozmasının qarşısını almaq üçün öz sükutuna son qoymalıdır.
Dərviş əlavə edib: YUNİSEF dərhal Bəhreynə xüsusi bir nümayəndə heyəti göndərməli və həbsdə olan uşaqlar və yeniyetmələrin vəziyyəti ilə yaxından tanış olmalı, onların hüquqlarının o cümlədən təhsil haqlarının pozulmasına icazə verməməlidir.
Livanda işgəncə qurbanları mərkəzinin üzvü Moni Mermel də deyir: Bəhreyndə uşaqlara qarşı kobudluq, zorakılıq, işgəncə və onların həbs edilməsi halları işğal olunmuş Fələstin ilə müqayisədə daha yüksəkdir. Halbuki, Bəhreyn hökuməti BMT-nin uşaq haqları üzrə konvensiyasını imzalayıb.
İşğal olunmuş Fələstində “Həmrəylik” ictimai və mədəni mərkəzin müdiri Xalidat Hüseyn də deyir: Bəhreyn hökuməti uşaq haqları konvensiyasını imzalayıb. Amma, bu ölkədə həbsdə olan uşaqlar öz haqlarından məhrum edilirlər.
