İranın Bakıdakı səfiri Azərbaycanın təhsil naziri ilə görüşdü
İran İslam Respublikasının Bakıdakı səfiri Azərbaycan Respublikasının təhsil naziri ilə görüşüb, danışıqlar aparıb.
Möhsün Pakayin ilə Mikayıl Cabbarov arasında baş tutan görüşdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlıqların perspektivi haqda fikir mübadiləsi aparılıb.
M.Cabbarov İranda keçirilən prezident seçkilərinin demokratik və sakit atmosferdə baş tutmasından razılıq edərək, deyib: Bir daha İran xalqı ölkənin siyasi səhnəsində geniş iştirakı ilə yeni prezidenti seçdi.
Azərbaycanın təhsil naziri yeni prezidentlik dövründə iki ölkə arasında əlaqələrin daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirərək, əməkdaşlıqların genişləndirilməsi yolları barədə fikir mübadilələrinin davam etdirilməsini istəyib.
Möhsün Pakayin də İranın yeni prezidentinin iki ölkənin mədəni, dini və tarixi ortaqlıqları ilə bağlı yaxşı tanışlığa malik olduğunu deyərək, iki ölkə münasibətlərinin aydın perspektivə malik olduğunu bildirib və təhsil sahəsində əməkdaşlıqların genişləndirilməsi üzrə təkliflərini təqdim edib.