Beynəlxalq Qızıl Xaç Komitəsi ABŞ ilə onun qərbli müttəfiqlərinin Suriya hökumətinin zəhərli qazlardan istifadə etməsinə dair iddialarını rədd edərək, deyib ki, Suriya dövlətinin kimyəvi silahlardan istifadəsinə dəlalət edən mötəbər sənəd yoxdur.
Beynəlxalq Qızıl Xaç Komitəsinin sözçüsü Suriya dövlətinin kimyəvi silahlardan istifadəsinə dəlalət edən mötəbər sənədlərin mövcud olduğunu rədd edərək, söyləyib: Beynəlxalq Qızıl Xaç Komitəsinin Yaxın və Orta Şərqdə Yardım Əməliyyatları üzrə şöbə müdiri- Robert Mardininin dediyi kimi, bu təşkilatın üzvləri Suriyanın bütün məntəqələrinə səfər edə biliblər. Beynəlxalq Qızıl Xaç Komitəsi Suriya daxilindəki müharibədə zəhərli qazlardan istifadə barədə məlumatlar əldə edərsə, dərhal onu əlaqədar beynəlxalq orqanların ixtiyarına qoyacaq.
Amerika və onun qərbli müttəfiqləri Suriya hökumətini suriyalı müxaliflərə qarşı zəhərli qazlardan istifadə etməkdə ittiham ediblər. Suriya dövləti bu iddianı rədd edibdir.