Bəhreyndə hökumət əleyhinə etirazlar davam edir

Bəhreynlilər siyasi məhbusları himayə məqsədilə geniş aksiyalar təşkil edərək, hökumətin repressiya siyasətlərini pisləyiblər.

Bəhreyn xalqı cümə axşamı günü ölkənin müxtəlif məntəqələrində siyasi məhbuslar ilə həmrəylik aksiyaları təşkil edərək, onların sərbəst buraxılmasını və siyasi fəalların işgəncəsinə son qoyulmasını istəyiblər.

Aksiya iştirakçıları həmçinin, Ali-Xəlifə rejiminə qarşı şüarlar verərək, demokratik bir quruluşun formalaşmasını istəyiblər.

Bəzi məntəqələrdə keçirilən aksiyalar Bəhreynin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində qarşıdurma ilə nəticələnib.

Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dağıtmağa məcbur etmək üçün onlara qarşı gözyaşardıcı qazlar və döyüş güllələrindən istifadə ediblər.

Bu arada bəhreynli siyasi fəal Abbas Əbu Səfvan əl-Aləm informasiya kanalı ilə müsahibədə Bəhreyn xalqının öz istək və tələblərinə nail olması üçün vətəndaş həmrəyliyinin yaradılmasını zəruri adlandırıb və deyib: Ali-Xəlifə rejiminin bu ölkədə yaşanan hazırkı siyasi böhranın həlli üçün seçdiyi yol zülm və zorakılığa əsaslanır. Bu da Bəhreyni son dərəcə təhlükəli bir yönə istiqamətləndirir. Buna görə də , bəhreynlilər vətəndaş həmrəyliyini gücləndirmək yolu ilə hakim rejimin hər gün artmaqda olan zülm və zorakılıqları qarşısında dayanmalıdırlar və bu xalqın tələblərinin gerçəkləşməsi üçün zəruridir.

Bəhreyn xalqı 2011-ci ildə bu ölkədə hakim rejimə qarşı başlanan qiyamın ardınca davamlı olaraq sivil etiraz aksiyaları təşkil edərək, ölkədə demokratiya və azadlıqların təmin edilməsini istəyir. Lakin, Bəhreyn rejimi Səudiyyə Ərəbistanından aldığı hərbi dəstək ilə xalqın dinc etiraz aksiyasını amansız şəkildə repressiya edir.

↑
Mobil sürümden çık