Bəhreyndə İmam Hüseyn (ə) əzadarlarına məhdudiyyətlər artıb

Bəhreyn rejimi müxtəlif metodlarla İmam Hüeyn(ə) əzadarlarını əzab-əziyyətlərə məruz edirlər.

Bəhreyn İnsan haqları gözətçisi təşkilatının məsul şəxsi Yusif Əl-mühafizə deyib: Bəhreyn qüvvələri müxtəlif bəhanələrlə məhdudiyyətlər törədərək Bəhreyn paytaxtı Manamada İmam Hüseyn(ə) əzadarlarının həmişəlik istiqamətindən keçmələrinin qarşısını alırlar.

Həmçinin vertolyotlar da əzadar vətəndaşların gediş-gəlişlərinə nəzarət edirlər.

Ali-Xəlifə rejiminin qüvvələri məhərrəm ayı günlərində də İmam Hüseyn(ə) əzadarlarının bayraqları və simvollarını sındırmaqdan əlavə dəfələrlə əzadarlıq heyətlərinə hücum edib onları zəhərli qaz bombaları ilə dağıdıblar.

↑
Mobil sürümden çık