TürkiyəXƏBƏRLƏR

Kürd müxaliflər İstanbulda polislə toqquşublar

Türkiyədə kürd müxaliflərdən yüzlərlə nəfər şənbə günü gecə İstanbulda aksiya keçirib, iki etirazçının öldürülməsini pisləyərək, Ərdoğan dövlətinə qarşı şüar veribdir.

“Doğan” xəbər portalının məlumatına görə, İstanbulun Taksim meydanına toplaşmış aksiyaçılar iki kürd etirazçının öldürülməsini pisləyiblər.
Kürd etirazçılarla polis qüvvələri arasında Türkiyənin cənub-şərqindəki “Yüksək Ova” mənqəsində baş vermiş qarşıdurmada iki kürd etirazçı öldürülüb.
Türkiyə dövləti əleyhinə şüar verən aksiyaçılar polislə toqquşublar.
Polis qüvvələri də onlara qarşı rezin güllələr və gözyaşardıcı qaz işlədib və aksiyaçıları dağıtmaq üçün su şırnağı maşınlarından istifadə ediblər.
Etirazçılar qonşu küçə və prospektlərə doğru qaçaraq, öz etirazlarını davam etdiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu