Bəhreyndə sionist ayrıcı divarı

Bəhreynin təhlükəsizlik qüvvələri əhalisi hakim rejimə etiraz edən məntəqələri izolyasiya etmək məqsədilə sionistlərdən örnək alaraq, iri miqyasda hasar və baryerlər quraşdırmağa başlayıblar.

Bu divarlar sionist sakinli qəsəbələri fələstinlilərin yaşadıqları ərazilərdən ayırmaq üçün son 10 ildə Fələstində çəkilən ayrıcı divarları xatırladır.
Bəhreynin əl-Vifaq cəmiyyəti bir bəyanat yayaraq bildirib ki, Ali-Xəlifə rejimi 2012-ci ildən ölkə əhalisini kütləvi şəkildə cəzalandırmaq və nəyin bahasına olursa olsun artıq 3 ildir ki, davam edən xalq etirazlarını nəzarət altına almaq üçün müxtəlif metodları o cümlədən insanların evlərinə hücumlar təşkil etmək, etiraz aksiyasında iştiraka görə insanları həbs və işgəncələrə məruz etmək, etnik və məzhəbi savaşa zəmin yaratmaq kimi vasitələri sınaqdan keçirir.
Təhlükəsizlik qüvvələri fövqəladə vəziyyətin elan edildiyi 2011-ci ildə heç bir dəlil olmadan beton divarlar çəkməklə sünni sakinli əraziləri şiələr yaşayan məntəqələrdən ayırmağa başlayıblar.
Bu beton divarlar əsasən şiə və sünni sakinli məntəqələr arasında o cümlədən Bədii, Diraz, əl-Rəfa və Ali şəhərləri arasında quraşdırılıb. Halbuki, sünni və şiə sakinlər arasında indiyə kimi hansısa qarşıdurma müşahidə olunmayıb.
Ali-Xəlifə rejimi eyni zamanda 2011-ci ildən KİV-ləri ölkədə baş verən hadisələrin həqiqi mahiyyətindən yayındırsın.
Beton divarlar və tikanlı tellər həmçinin insanların Lolo(Mirvari) meydanına yaxınlaşmalarına mane olur. Bu meydan 14 fevral 2014-cü ildən bəri hakim rejimə qarşı etiraz aksiyalarının tarixi məkanına çevrilib. Hakim rejim isə avtomobillərin hərəkətində pozuntuların yaranması bəhanəsi ilə bu meydanı dağıtdı.

Exit mobile version