Bəhreynli həkimə bir il həbs cəzası təyin edilib

Bəhreyn məhkəməsi bu ölkə vətəndaşlarına çıxardığı ədalətsiz hökmlərin davamında bəhreynli bir həkim üçün bir il həbs cəzası təyin edib.
Küveytdə çıxan Əl-Qəbəs qəzetinin internet saytı bu xəbəri qeyd edərək yazıb : Bəhreynin ali məhkəməsi bəhreynli həkim ” Səid Əl-Səmahici”-ni Bəhreyn kralına hörmətsizlikdə günahlandıraraq ona bir il həbs cəzası çıxarıb.
Son aylar Bəhreyn vətəndaşlarından onlarla nəfəri puç və əsassız ittihamlarla polis tərəfindən məsuliyyətə cəlb olunub. Bunun müqabilində bəhreynli vətəndaşları qətlə yetirən və ya onları döyüb yaralayan bu ölkə polisinin əməllərinə haqq qazandırılır.
Bəhreyndə Ali-Xəlifə rejimi əleyhinə xəlqi aksiyaya 2011-ci ildə formlaşıb və bu müddətdə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu ölkə etirazçılarının sakit aksiyalarına dəfələrlə divan tutublar.
Bu günə kimi Bəhreyndə polis hücumunda 150 nəfərdən çox adam həlak olub , yüzlərlə etirazçı da həbs olunub.

↑
Mobil sürümden çık