Bəhreynlilər mərcəiyyəti himayə üzrə əzəmətli aksiya keçiriblər

Dünən Bəhreynin müxtəlif şəhərləri təqlid mərcələrini himayə üzrə misli görünməmiş geniş aksiyaların şahidi olublar, belə ki, aksiyalarda on minlərlə nəfər iştirak edibdir.

Bəhreynin müxtəlif şəhərlərinin əhalisi cümə namazından sonra Bəhreyn Din Alimləri İslami Şurasının sədri- Ayətullah Şeyx İsa Qasimin mənzilinə qarşı hücumu pisləyibdir. Onlar həmçinin öz şüarlarında təqlid mərcələrinə qarşı hər cür hörmətsizlikdə Həməd bin Xəlifə Ali-Saninin məsuliyyət daşıdığını bildirərək, onun rejiminin devrilməsini istəyiblər.

Ali-Xəlifə rejiminin silahlı hərbçiləri ötən cümə günü hörmətsiz bir hərəkətdə Bəhreyn Din Alimləri İslami Şurasının sədri- Ayətullah Şeyx İsa Qasimin mənzilinə basqın etdikdən sonra onun mənzilinə xəsarətlər vurublar.
Silahlı hərbçilər onun mənzilinə basqından sonra qadın və uşaqları bir otaqda həbs edərək, ev əşyalarını dağıtmağa başlayıblar.

↑
Mobil sürümden çık