İranın nüvə müzakirələrindəki ekspert heyətinin sədri Nyu-Yorkda İranın nüvə işi ilə bağlı texniki məsələlər üzrə yekun baxışların araşdırılmasından xəbər verib.
İranın Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Təhlükəsizlik Baş İdarsinin müdiri Həmid Bəidinejad cümə axşamı günü İRNA ilə müsahibədə deyib: İran və 5+1 Qrupu ölkələrinin ekspert qruplarının Nyu-York iclası iki gün davam edən konstruktiv müzakirələrin ardınca başa çatdı.
Bəidinejad əlavə edib: Nyu-York iclasında, Vyanada baş tutacaq növbəti nüvə müzakirələrindən öncə İranın nüvə işi ilə bağlı yekun baxışlar və nəzərlər ətrafında fikir mübadiləsi aparıldı.
İranın ekspert heyətinin sədrinin dediyinə görə, müzakirə tərəfləri texniki məsələlərlə bağlı ekspertlər səviyyəsində müzakirələri davam etdirəcəklər və Vyanada keçiriləcək növbəti nüvə müzakirələrinə kimi texniki məsələlərlə bağlı mövzuları hazır vəziyyətə gətirəcəklər.
İran və 5+1 Qrupu arasındakı nüvə müzakirələrinin 4-cü mərhələsi 13 May 2014-cü ildə Avstriyanın paytaxtı Vyana şəhərində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eştonun başçılığı ilə keçiriləcək.
Müzakirələrin bu mərhələsində İran və 5+1 Qrupu arasında hərtərəfli anlaşma sənədinin hazırlanmasına başlanması qərara alınıb.