TürkiyəXƏBƏRLƏR

Bəndər bin Sultanın muzdurları Türkiyədən çıxarılır

Türkiyədə məlumatlı mənbələr Ərəbistanın xüsusi xidmət orqanının bu ölkə ərazisindəki fəaliyyətinin dayandırılması və Türkiyənin İrana yaxınlaşmağa səy göstərməsindən xəbər veriblər.

Türkiyə rəsmiləri səudiyyəlilər ilə ixtilaflarının ardınca Ərəbistanın xüsusi xidmət orqanı amillərinin ixtiyarında olan əksər ofis və mərkəzlərin fəaliyyətini dayandırıblar. Belə ki, səudiyyəlilər bu ofislərdən istifadə edərək, Suriyadakı terrorçuları silahlandırır və onlara dəstək göndərirdilər.

Ankara bu addımı Ər-Riyadın qarşısında durmaq və eyni zamanda İran və Suriya ilə böhranı azaltmaq istiqamətində atmış olub. Zira, Türkiyə rəsmiləri başa düşüblər ki, səudiyyəlilərin Suriyada izlədikləri məqsəd Türkiyənin maraqlarına xidmət etmir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu