AsyaAvropaDünyaXƏBƏRLƏR

Amerikanın atom silahlarının çirkləndiricisini ifşa edən işdən qovulub

ABŞ-ın nüvə silahlarının çirkləndirici olduğunu ifşa edən şəxs tutduğu vəzifədən kənarlaşdırılıb.

Press TV-nin məlumatına görə, Donna Buş adlı bir Amerika vətəndaşı 2011-ci ildə Amerikanın atom silahlarının istehsalı mərkəzinin çirkləndiricisi barəsində ifşaçılıq etmişdi.
O 3 il sonra bu mərkəzdə iş təhlükəsizliyinin olmaması barəsində şikayət etmişdi. Rezonans doğuran onun şikayəti Vaşinqton ştatının Henford şəhərində bir nüvə mərkəzinin fəaliyyəti ilə əlaqədar idi.
Bu məlumata görə, bu nüvə mərkəzinin məsul şəxsləri intiqam xarakterli bir hərəkətdə bu 50 yaşlı qadını tutduğu vəzifədən kənarlaşdırmağı qərara alıblar. Henford şəhərindəki bu nüvə mərkəzi 2-ci Dünya Müharibəsi dövründə Amerikanın atom silahlarının istehsalı üzrə gizli proqramın bir hissəsi idi. Bu mərkəz Amerikanın nüvə obyektlərində ən çirkli mərkəz sayılır. Hal-hazırda bu mərkəzdə nüvə tullantıları digər maddələrə çevrilir.
Digər tərəfdən ABŞ-da bir məhkəmə ötən gün bu ölkənin atom silahlarına etiraz edən 3 nəfər, o cümlədən 84 yaşlı bir qadını 2012-ci ildə atom silahına qarşı aksiya keçirmək səbəbi ilə həbsə məhkum edib. Bu şəxslər Tennessi ştatında bir nüvə mərkəzinə qeyri-qanuni şəkildə daxil olmaqda ittiham olunublar. Bu nüvə mərkəzi atom silahlarının istehsalında istifadə olunacaq zənginləşdirilmiş uranı istehsal edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu