Bəsic “Beytül-Müqəddəsə doğru” hərbi təlimlər həyata keçirib

İslam İnqialbı Keşikçiləri Korpusunun Bəsic komandanının əvəzedicisi General Leytenant Əli Fəzlinin iştirakı ilə ölkənin qərb hissəsində yerləşən İlam şəhərində “Beytül-Müqəddəsə doğru” hərbi təlimlərə start verilib.
İlam vilayətinin Əmir-əl Möminin qərargahının baş komandanı General Seyid Sadiq Hüseyni:

Bu hərbi təlimlər 21 batalyonun iştirakı ilə iki gün müddətində İlamda yerləşən əməliyyat məntəqəsində həyata keçiriləcək.
O hərbi təlimdə iştirak edən Bəsic qüvvələrinin dincsizlik, yardım və qurtuluş, müdafiə və sairə bu kimi fəaliyyətlər həyata keçirməkdə tam hazır olduqları üzərində təkid edib.
“Beytül-Müqəddəsə doğru” hərbi təlim eyni zamanda İranın cəunub qərbində yerləşən Xuzisatan, ölkənin qərb hissəsində yerləşən Lorestan və İlam və Cənub hissəsində yerləşən Buşehr vilayətində də həyata keçirilir.
Hərbi təlimlərin həyata keçirilməsindən əsas məqsəd İranın Bəsic qüvvələrinin hərbi təlimlərinin yüksəldilməsi üçün həyata keçirilir.

↑
Mobil sürümden çık