Bəşşar Əsəd: Ərdoğan hökuməti terrorçuları himayə etməklə boğaza kimi Suriya xalqının qanına batıb

Suriya prezidenti Ərdoğan hökumətinin terrorçuları himayə etməklə boğaza kimi Suriya xalqının qanına batdığını deyib.

Bəşşar Əsəd Türkiyənin Halk.TV telekanalı və Yur qəzeti ilə müsahibədə deyib: Ərdoğanın belə bir siyasət seçməkdə məqsədi İxvanül-Müslimini Suriyaya qaytarmaqdır.
Əsəd əlavə edib: Bu gün biz bir-birində fərqli olan iki Türkiyənin mövcud olduğunu deyə bilərik. Birinci olan Türkiyə, Türkiyə xalqına məxsus olan Türkiyədir. Türkiyə xalqı Ərdoğan və onun dövlətinin bütün yalanlarını üzə çıxartmağa nail olub. Türkiyə xalqı ərəb telekanalları, beynəlxalq və Türkiyə medialarının yalanlarına rəğmən Suriyada böhranın başlandığı ilk andan bu böhranın həqiqi mahiyyətini dərk edə bildi.
İkinci Türkiyə isə daha kiçik və məhdud olan Türkiyədir. Bu, Ərdoğan və onun hökumətindən ibarət olan Türkiyədir. Onlar, boğazlarına qədər Suriya xalqının qanına batıblar. Ərdoğanın başçılıq etdiyi bu dövlət və şəxsən Ərdoğan özü on minlərlə suriyalının qanının axıdılmasında birbaşa olaraq məsuliyyət daşıyırlar.

↑
Mobil sürümden çık