İranın xarici işlər naziri Sionist rejimi region və dünyanın böyük təhlükə mənbəyi adlandırıb.
İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif cümə günü Qum şəhərində dini mərcəyi təqlid alimlərindən bir qrupu ilə görüşdə İranın növbəti nüvə müzakirələrində Sionist rejim nümayəndəsinin iştirakı ilə bağlı irəli sürülən şayiəyə işarə edərək deyib : İİR-nın qənaətincə İsrail rejimi region və dünyanın ən böyük təhlükə qaynağıdır və mütləq növbəti nüvə müzakirələrində onun iştirakı olmayacaq.
Zərif əlavə olaraq deyib : İranın müzakirəçi heyəti Sionist rejim nümayəndəsinin hüzuru olan bir otağa qədəm qoymayacaq.
” Beynəlxalq dövlətlər İranı təzyiqə məruz qoymaq yerinə Sionist rejimi tərk silaha məcbur etməlidirlər. Belə bir vəziyyətdə region da kütləvi qırğın silahlarından təmizlənər “-deyə Zərif sözlərinə əlavə edib.
Zərif xatırladıb : Sionist rejim çoxlu sayda kimyəvi silah və atom bombasına malikdir.
Şübhəsiz ki, bu növ silahlar təhlükəsizliyin bərqərar edilməsinə kömək etməyəcək və regionun stabilliyinin daha da pozulmasına səbəb olacaq.