
ABŞ eksperti qərbin atom silahlarını məhv etməsinin zəruriliyini vurğulayıb.
Kaliforniyada yerləşən Atom Sülh Əsri Təhqiqat müəssisəsinin direktoru David Kriqor deyib: ABŞ rəsmiləri bildiriblər ki, bu ölkənin qərb sahillərində öz raket sistemlərini gücləndirmək istəyirlər. Fikrimcə, bu raket sisteminin gücləndirilməsi amerikalı vergilər ödəyən “müdafiə” şirkətlərinə pul vermək üçün çox yaxşı vasitədir. Mən belə düşünürəm.
“Əgər Amerika Şimali Koreya və digər ölkələrlə öz problemini həll etmək istəyirsə, bu sahədə ciddiliklə addım atmalıdır və səyinin BMT qarşısında öz öhdəliklərini yerinə yetirmək olduğunu sübut etməlidir” –deyə Kriqor bildirib: Əlbəttə digər ölkələr, o cümlədən İngiltərə də bu işi yerinə yetirməlidir. Atom Silahlarının Yayılmamasına dair Sazişi imzalayan ölkələr müzakirələrə başlamalıdırlar ki, nəticədə dünyada atom silahları məhv edilsin.