İraqın paytaxtı Bağdadda dünən meydana gələn bir partlamanın 9 adamın ölümü, 23 adamın da yaralanmalarına səbəb olduğu bildirildi.
İraqlı bir təhlükəsizlik səlahiyyətlisi, dünən axşamçağı paytaxt Bağdadın şimal səmt küçələrindən birində reallaşdırılan bir partlama hadisəsi nəticəsində 9 adamın öldüyü, 23 adamın da yaralandıqlarını açıqladı.
“Rusiya Əl Yəvm” kanalının bildirdiyinə görə söz mövzusu partlayış, bir çox adamın “İraq-Şam İslam Dövləti” (IŞİD) deyilən terror təşkilatına qarşı döyüşən könüllü güclərə qoşulma məqsədiylə toplandıqları bir nöqtədə meydana gəldi.
Son iki həftədə İraqın müxtəlif bölgələrində bir çox partlama reallaşdırıldı və nəticədə vətəndaş insanlardan onlarla adam öldü və yaralandı.