Bağdaddakı bir intihar partlayışında həlak olanların sayı 32 nəfərə çatıb

İraqın Daxili İşlər Nazirliyi, çərşənbə axşamı günü Bağdadda bir şiə məscidində iki intihar partlayışı tələfatının sayının ən azı 32 nəfərə çatdığını bildirib.

Sinxua Xəbər Agentliyinin verdiyi məlumata görə bu partlayışlar zamanı təqribən 60 nəfər də yaralanıb və qurbanların əksəriyyəti tələbədir.

İraq polisinin bir zabiti bildiribdir ki, bir intihar terrorçusu namazı qıldıqdan sonra, özünü məsciddə olan namaz qılanlar arasında partladıbdır.

Bu hücum İraqın sünnilərlə şiələr arasındakı toqquşmalar səhnəsinə geri qayıtması və bu ölkədə etnik müharibələrin genişlənməsi haqdakı nigaranlıqları artıracaqdır.

BMT-nin statistikalarına əsasən may ayında yaraqlıların İraqdakı hücumlarında təqribən 1045 nəfər həlak olub ki, qurbanların əksəriyyətini mülkilər və hökumət məsul şəxsləri təşkil edirlər.

Ötən milad ayı, 2008-ci ilin iyun ayından bəri İraqdakı ən qanlı ay olubdur.

↑
Mobil sürümden çık