Ali-Səud rejiminin təhlükəsizlik qüvvələrinin Əl-Əvamiyə bölgəsinə hücumunda bu ölkə vətəndaşlarından iki nəfəri həlak olub.
Livanın Əl-Əhd internet saytı Ərəbistanın məlumatlı qaynaqlarına istinadən qeyd edib : Cümə axşamı günü Ərəbistanın polis qüvvələrinin Əl-Əvamiyənin ” Əl-Cəmimə ” bölgəsində şiələrə qarşı repressiya əməliyyatında ” Hüseyn və Əli Əl-Fərəc ” adlı iki Ərəbistan vətəndaşı həlak olub.
Polis qüvvələrinin repressiya əməliyyatında habelə o bölgə əhalisinin onlarla maşınına və mənzilinə xəsarət dəyib.
Ali-Səud rejiminin təhlükəsizlik və polis qüvvələrinin təşkil etdiyi siyahı də ,təqib halında olan fəal siyasi şəxsiyyətlərdən 23 nəfərinin adı yerləşdirilib ki, onların əksəriyyətinin mənzili ” Əl-Cəmimə ” də yerləşir.
Son illər Ərəbistanın bəzi bölgələrində insanlar sakit xəlqi aksiyalar təşkil edir və bu ölkə hakimiyyətinin yürütdüyü siyasətlərində islahatların edilməsini istəyirlər.