SuriyaXƏBƏRLƏR

Senatın Suriya barədəki səsverməsi təxirə düşüb

ABŞ Senatında demokrat əksəriyyətin lideri- senator Heri Rid senatda qərar üzrə çərşənbə günü həyata keçrilməli olan Suriyaya qarşı hərbi addıma icazənin verilməsi haqda səsvermənin təxirə düşməsindən xəbər verib.

Frans-Press-in məlumatına görə, senator Heri Rid əlavə edib: Mən inanmıram ki, biz təcili bir səsverməyə ehtiyaclı olmuş olaq; prezidentə bu fürsəti verməliyik ki, Amerika senatının bütün yüz üzvü və Amerikanın 300 milyon nəfərlik cəmiyyəti ilə söhbət etsin.

Eyni zamanda, ərəb dilində yayılan Sky News telekanalı xəbər veribdir ki, Amerikanın xalqı və konqresinin Suriyaya qarşı hərbi hücumla müxalifətləri bu hücumu himayədən yuxarıdır.

Amerikada bu müharibənin müxalifləri İraq və Əfqanıstan hadisələrinin təkrarlanması barədə xəbərdarlıq edərək, bu ölkədə geniş aksiyalar keçiriblər və vurğulayıblar ki, Suriya böhranına siyasi həll yolu ilə son qoymaq lazımdır.

Eyni zamanda, ABŞ konqresinin bəzi üzvləri də bu inamdadırlar ki, bu ölkə dövlətinin Suriyaya hücum barədəki əsaslandırmaları qanedici deyil.

Suriya məsələsində Ağ Evin təcrid olunması günbəgün artır.

Nümayəndələr Palatasında da Suriyaya hərbi müdaxiləyə təkcə 25 dəstək vardır. Halbuki nümayəndələrin 111 nəfəri müxalifdir və nəzərəçarpacaq miqdarda nümayəndə də hələlik qərar çıxarmayıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu