Ukraynanın Slavyansk şəhərinin ətrafında dövlət qüvvələri ilə müxaliflər arasında baş verən toqquşmalar nəticəsində hər iki tərəfdən 20 nəfər həlak olub.
Bu gün səhər çağı Slavyansk şəhərinin yaxınlığında yerləşən Simyonovka kəndində dövlət qüvvələri ilə silahlı müxaliflər arasında ağır toqquşma nəticəsində 20 nəfər ölüb 25 nəfər isə yaralanıb.
Məlumata görə dövlət qüvvələri əməliyyatlarında ağır texnikadan istifadə ediblər.
Slavyanskdan əldə olunan məlumatlara görə əhali Ukrayna dövlət qüvvələrinin daha güclu höcumunu gözləyir və saat 14-də şəhərdə təhlükə siqnalı və kilsələrin zəngləri səsləndirilərək hamı evlərə pənah gətirib.
Ukrayna hərbi qüvvələri aprel ayının əvvəllərindən başlayaraq müxalifətin nəzarətində olan şəhərlərə dəfələrlə hücum ediblər. Slavyansk şəhərin həmin hücumların əsal hədəfi olmuşdur.