AfrikaXƏBƏRLƏR

Hazim-əl-Bəblavi Misirin müvəqqəti baş naziri təyin olunub

Misirin müvəqqəti prezidenti, sabiq maliyyə naziri Hazim-əl-Bəblavini baş nazir təyin edib və nazirlər kabinetini təşkil etməyi ona tapşırıb.

Öncə mediyalar bu vəzifəyə Məhəmmə-əl-Bəradeyinin təyin olunacağını bildirmişdilər.
Hazim-əl-Bəblavi 2011-ci ildə baş nazirin müavini və maliyyə naziri vəzifələrində çalışmış və həmən ilin 11 oktyabrında “maspiro” hadisələrinə etiraz əlaməti olaraq vəzifəsindən istefa vermişdir.
Misirdən əldə olunan məlumatlara görə, Misirin islami qrupları, ötən gecə Misirin müvəqqəti prezidenti Ədli Mənsurun konstitusiyanın dəyişdirilməsinə dair fərmanını əsassız hesab edərək onu rədd ediblər.
Misirdə bir məlumatlı mənbə bildirib ki, Birlləşmiş Ərəb Əmirlikləri Misirə 3 milyard dollarlıq maliyyə yardımı ayırıb.
Həmin mənbənin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının da Misirə 2 milyard dollar yardım edəcəyi gözlənilir. Bu yardım iki günədək qətiləşəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu