DünyaXƏBƏRLƏR

Tunisli vəkillər qətərli müftiyə qarşı şikayət ərizəsi irəli sürəcəklər

Tunisli vəkillər qətərli müftinin “Suriyada cihad” haqda təhrikedici fitvaları haqda bu müftiyə qarşı məhkəmə şikayət ərizəsi irəli sürmək üzrə öz qərarlarından xəbər veriblər.

Tunisli vəkillər dünən bu mövzunu araşdırmaq üçün bir iclası təşkil ediblər və bu gün bazar ertəsi günü prokurorluğa şikayət ərizəsi sürməzdən öncə başqa bir iclas təşkil edəcəkləri qərara alınıb.

Tunisli vəkil və siyasi elmlər eksperti Badis Əl-Kubakci deyib ki, bu şikayət ərizəsi tunisli gənclərin öz ölkələrinin məsləhətinə olmayan bir müharibədə iştirak etmələrinə səbəb olmuş Qərzavinin tunisliləri Suriyada cihadda iştirak etməyə təhrik etmək üzrə fitvaları haqdadır.

O bəzi tunisli gənclərin təhsili buraxıb, müharibə üçün Suriyaya getdiklərini bildirərək, deyib: bəziləri, tunisli gəncləri cihad bəhanəsi ilə Suriyaya getmək üçün aldadıblar.

Bu tunisli vəkil həmçinin deyib: Minlərlə tunisli Liviya və Türkiyə yolu ilə “Suriyada cihad” üçün bu ölkəyə gediblər və bir çox tunisli ailə, bu ölkənin daxili medialarında “cihad” üçün onların övladlarını Suriyaya getməyə təşviq etməyə təşviq edən şəbəkələrin olması haqda şikayətləndiklərini bildiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu