İraqın şimalında təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında bir neçə gün davam edən qanlı toqquşmaların ardınca nisbi sakitliyin yaranması ilə Qətərin müftisi fitnə və müdaxilə mahiyyətli çıxışında İraqda sünnilərin hüquqlarının pozulduğunu iddia edib.
Yusif əl-Qərzavi dünən Dohada cümə namazı xütbələrində islam ümmətinin 90%-dən artığının sünni olduğunu iddia edərək, onların sünnilərin İraqın siyasi səhnəsindən sıxışdırılaraq, kənara qoyulması qarşısında sakit qalmayacaqlarını və buna yol verməyəcəklərini deyib.
İsrailin cinayətləri qarşısında sükut etməyə üstünlük verdiyi üçün daha çox İsrail müftisi kimi tanınan Qərzavi İraqda cərəyan edən hadisələrə müdaxilə edilməsini istəyib.
