Bakıda ATƏT-in ofisi qarşısında etiraz aksiyası keçirilib

Qarabağ münaqişəsinin uzun sürməsinin əleyhdarları olan Azərbaycan R-ı vətəndaşları ötən gün (bazar ertəsi 24 mart) ATƏT-in Minsk Qrupu (MQ)-nun münaqişənin həll edilməsində aciz olduğuna etiraz edərək, bu təşkilatın Bakıdakı ofisi qarşısında aksiya keçiriblər.

Qarabağ Azadlıq Təşkilatı (QAT)-ın təşəbbüsü ilə ATƏT-in MQ-nun fəaliyyətinin 22-ci ildönümü ilə eyni zamdanda baş tutan aksiyada, aksiyaçılar MQ həmsədrlərinin Qarabağ konfliktinin həll edilməsi üzrə səylərinin yetərsiz olduğunu bildirərək, qrupun fəaliyyətinin dayandırıması üzrə şürarlar səsləndiriblər.
Qarabağ münaqişəsi Ermənistan ilə Azərbaycan R-ı arasında 1988-ci ildə başlayıb. Bakı ilə İrəvan arasında müharibə nəticəsində Az. R-ı Qarabağ və digər 7 rayona nəzarətini itirdi.
1994-cü il Az. R-ı ilə Ermənistan arasdında atəşkəs imzalanaraq, hərbi əməliyyatlar dayandırıldı. Hərbi əməliyyatlar nəticəsində 30 min nəfər həlak olub 150 min nəfər yaralanıb və təxminən bir milyon insan öz ev-eşiyindən didərgin düşüb.
Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in müzakirələri indiyədək heç bir nəticə verməyib.

↑
Mobil sürümden çık