Bakının Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində kisələrdə at və uzunqulaq başları aşkarlanıb. Qəsəbə sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 14-cü kalon deyilən yerin yaxınlığında kisələrə doldurulmuş ölü heyvan başları var.
Ərazidə yaşıyanlar bu halın bir neçə gündür ki, müşahidə olunduğunu deyirlər. Qəsəbə sakinləri heyvan başlarının həmin əraziyə cənub bölgəsindən gələn yük maşınları tərəfindən boşaldıldığını deyirlər.
Xatırladaq ki, bir müddət öncə də Xaçmaz rayonunda yerləşən meşə massivində 428 ədəd at və uzunqulaq ayağı aşkarlanmışdı. at və eşşəklərin əti Azərbaycanda kolbasa istehsalında istifadə olunması ehtimal olunur.