Rusiya prezidenti Vladimir Putin Suriyaya qarşı beynəlxalq militarist yanaşmanı tənqid edərək, Suriyaya hərbi müdaxilə ilə bağlı ABŞ-a xəbərdarlıq edib.
Raşa Tudey telekanalının məlumatına görə, Vladimir Putin şənbə günü axşam Vladivostokdakı mətbuat konfransında Rusiyanın kimyəvi və kütləvi qırğın silahlarından istifadə ilə müxalif olduğunu amma, Suriya məsələsində BMT müfəttişlərinin araşdırmalarının yekun nəticəsinin elan olunacağı zamana kimi səbir etmək lazım gəldiyini vurğulayaraq, nəticə məlum olduqdan sonra qanuni yollarla beynəlxalq ictimaiyyət olaraq məsələyə müdaxilə etmək yollarının araşdırılmalı olduğunu bildirib.
Putin həmçinin, Bəşşar Əsədin Suriya xalqına qarşı kimyəvi silahlardan istifadəsini gülünc adlandırıb və deyib: Suriya ordusunun ötən həftələr ərzində qiyamçıların nəzarəti altında olan bir çox məntəqəni mühasirəyə aldığı və ciddi irəliləyişlərə malik olduğu bir şəraitdə Suriya hökumətinin bu ölkəyə hərbi müdaxilə üçün fürsət ardınca olan tərəflərin əlinə bəhanə verməsi heç də məntiqli sayılmır.
Rusiya prezidenti həmçinin deyib: Əgər Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı fakt təqdim edilməyibsə, bu o deməkdir ki, ümumiyyətlə belə bir fakt mövcud deyil.