AzərbaycanXƏBƏRLƏR
Bakıda güclü partlayış olub, ölən və yaralanan var
Bakının Biləcəri qəsəbəsindəki “Lokomotiv” idman kompleksinin qazanxanasında partlayış olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından
hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bununla bağlı Stansiyaya saat 18:31-də çağırış edilib.
Dağıntılar altında insanların qalması ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar.