AzərbaycanXƏBƏRLƏR

Bakıda MDB müsəlmanlarının konfransı keçirilib

Bakıda keçirilən beynəlxalq “MDB ölkələri müsəlmanları: Sülh və inkişaf tərəfdarları” konfransı keçirilir. Konfransın iştirakçıları İslam dinini sülh və barışıq dini adlandıraraq, terrorizm və kobudluqların İslam ilə heç bir əlaqəyə malik olmadığını bildiriblər.

Bu gün işə başlayan konfransın əvvəlində ilk növbədə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda dini inkişafla bağlı film yayımlanıb daha sonra Azərbaycan və Rusiya prezidentlərinin müraciətləri və İranın mədəniyyət və islami irşad nazirinin müraciəti qiraət olunub.

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüskarlığı ilə keçirilən bu konfransda QMİ sədri Allahşükür Paşazadə bütün müsəlmanları birliyə dəvət edərək, deyib: İslam Dünyası tarix boyu sülh və inkişaf tərəfdarı olub, kobudluqlar və terrorizmlə müxalifət edib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də Azərbaycanın həmişə dini baxımdan tolerant bir ölkə olduğunu deyərək, vurğulayıb: Bu Azərbaycan hökumətinin siyasətidir və Azərbaycanda din və hökumət arasındakı anlaşma yaxşı səviyyədədir.

İranın mədəniyyət naziri də bu konfransda İslamı sülh, məhəbbət, rəhmət, qardaşlıq və birlik dini adlandırıb.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı