AzərbaycanXƏBƏRLƏR
Bakıda neftçilər tətilə başladı
Mayın 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin 100 nəfərə qədər işçisi tətilə başlayıb. Tətil edənlər Bibiheybət NQÇİ-nin 4-cü mədəninin işçiləridir. Onlar əmək haqqının azlığına etiraz edirlər.
İşçilər bunun xəbərdarlıq aksiyası olduğunu bildiriblər. Onlar əmək haqlarının artırılmayacağı təqdirdə tətilin başqa mədənlərə və bütövlükdə neft sənayəsinə yayılacağını deyiblər.