Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi üzərinə götürəcək.
Ermənistan Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib ki, bu ölkə iyunun 21-də Odessa şəhərində keçirilməsi qərara alınmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iclasında bu təşkilatın sədrliyini üzərinə götürəcək.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası bir təşkilatdır ki, Qara Dənizin ətrafında və Balkanda yerləşən 12 ölkədən təşkil edilib.
Albaniya, Azərbaycan Respublikası, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləridirlər.