İranın xarici işlər naziri Amerika rəsmilərinin müdaxilə xarakterli açıqlamaları barəsində suala cavabda deyib: Bu açıqlamalardan bəzisi təəccübləndiricidir. ABŞ-ın demokratiyanı himayə etməsi yalnız bir jest və aldadıcı iddiadır.
İran İslam Respublikası xarici işlər naziri Əli Əkbər Salehi əlavə edib: Qənaətimizcə, tarixdən dərs almaq və digər ölkələrin daxili məsələlərində müdaxilə etməmək kimi beynəlxalq hüququn açıq aşkar prinsiplərinə sadiq qalmaq ABŞ-ın xeyrinədir.
“Beynəlxalq öhdəliklərdən əlavə, ABŞ hökuməti Əlcəzair bəyanatında açıq aşkar öhdəlik götürüb ki, İranın daxili məsələlərinə müdaxilə etməsin” –deyə Salehi bildirib.
İran xarici işlər nazirinin sözlərinə görə, İranın rəşadətli xalqı öz daxili məsələlərində müdaxilə ilə bağlı kəskin həssaslığa malikdir və Amerika rəsmilərinin ölçülməmiş və quldurcasına açıqlamalarına dözmür.